Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vurub. 

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb.

Belə ki, Abbas Muradovun idarə etdiyi 35 saylı marşrut avtobusu 8-ci kilometr bazarının qarşısında yol kənarında dayanmış 67 yaşlı Mehrəliyev Şahmar Xıdır oğlunu vurub. Ş.Mehrəliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48