Bakıda sahəsi 14 min m²-dən çox olan istixanada yanğın olub

Bakıda istixanada yanğın olub.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 14400 m² olan istixananın polietilendən ibarət üzlüyü 3450 m² sahədə yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02
Naxçıvanda mebel sexi yanıb 11 fevral, 2026 / 16:56