Bakıda Rusiya qeydiyyat nişanlı avtomobil qəza törədib - FOTO

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda qoca kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektində yolu keçmək istəyən 1946-ci il təvəllüdlü Məmmədov Bahadur Qulamhüseyn oğlunu Rusiya dövlət qeydiyyat nişanlı, "Nissan" markalı minik avtomobili vurub. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər