Bakıda restorandan 5 365 manat oğurlanıb

Bakı şəhərində restoranların birində oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki restoranlardan birinin kassasından 5 365 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Ömərov saxlanılıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54