Bakıda qonşular arasında dava olub, bıçaqlanan var

Bakı. 31 may. REPORT.AZ/ Bakıda qonşular arasında dava olub.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 40 yaşlı Səfərov İsrail Elbrus oğlu ilə qonşusu arasında yaranmış mübahisə sonradan əlbəyaxa davaya çevilib. Dava zamanı İ.Səfərov bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. 

Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.  

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14