Bakıda qeyri-yaşayış binasını mühafizə edən şəxs bıçaqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, insident keçmiş maşın bazarı yaxınlığındakı qeyri-yaşayış binasının mühafizə postunda qeydə alınıb.

Naməlum şəxs mühafizə olunan binaya daxil olmaq istəyərkən mühafizəçi, 1965-ci il təvəllüdlü Abbasov İlham Müseyib oğlu onun qarşısını alıb. Lakin o, naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47