Bakıda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda qətl törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub, daha bir nəfər isə müəyyən edilib.

Araşdırmalara davam etdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39