Bakıda qətl törədən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Əbdülməmməd 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında C.Əbdülməmmədin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, C.Əbdülməmməd Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

İttiham aktına əsasən, o, Vasif Ağammədovu qətlə yetirib. 

Digər xəbərlər