Bakıda qardaşını bıçaqlayan şəxsin məhkəməsində şahid dindirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Qarakişi Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zaur Əliyev ifadə verib.

O bildirib ki, qardaşlar arasında dava olan zaman hadisə yerində olub: "Hadisə baş verən gün Qarakişi Babayevlə birlikdə yeyib-içdik. Bir müddət sonra bizim yanımıza onun qardaşı Mirdaməd Babayev gəldi və aralarında mübahisə düşdü. Səbəb isə ailə münaqişəsi oldu. Belə ki, Mirdaməd Babayev qardaşının qohumlarından birinin yas mərasimində iştirak etməsinə irad bildirdi. Mirdaməd qardaşına niyə yas mərasiminə getdiyini söylədi. Daha sonra onlar əlbəyaxa dava etdilər. Hər iki şəxsi sakitləşdirdim".

Z.Əliyev qeyd edib ki, qardaşların davasından sonra evə gedib: "Axşamtərəfi bildim ki, Mirdaməd qardaşını bıçaqlayıb. Başqa məlumatım yoxdur".

Proses yanvarın 16-da davam etdiriləcək.

İttiham aktına əsasən, Q.Babayev Bakıda qardaşı Mirdaməd Babayevi bıçaqlamaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb. Q.Babayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər