Bakıda qadının avtomobilindən oğurluq edilib

Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda qadının avtomobilindən oğurluq edilib.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu, Orucəliyev küçəsinin qarşısında qeydə alınıb.

Burada 1966-cı il təvəllüdlü Pərvanə Həsənovaya məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaqla 1 880 ABŞ dolları və 1 780 manat pul oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37