Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb

Bakının Sabunçu rayonunda qadın sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Əhmədova Fəridə Hacıağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47