Bakı. 25 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Bakı metropoliteninin "20 Yanvar" stansiyası yaxınlığında 1954-cü il təvəllüdlü Taharova Kəmalə İslam qızı idarə etdiyi "Hyundai" markalı avtomobildə idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.
Nəticədə maşında olan təhlükəsizlik yastığı açılıb və qadın sürücü kəllə-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.