Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb

Bakı. 11 iyun. REPORT.AZ/ Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 9-da saat 8 radələrində paytaxtın Nizami rayonu ərazisində Lənkaran rayon sakini Tərlan Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Lalə İmaməliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36