Bakıda məcburi köçkünlərin yataqxanasında yanğın olub

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib.

O qeyd edib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb:

“Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxananın köməkçi tikilisində 70 kvm2 sahədə yanğın olub. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Yataqxana binası yanğından mühafizə olunub və yanğın söndürülüb”.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05