Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb - YENİLƏNİB

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Mehdiyev Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşıdır. O, həmin bölmənin rəisinin sürücüsü işləyirmiş. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 13 dekabr, 2025 / 21:28