Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1987-ci il təvəllüdlü Musayev Vuqar Elşən oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədəninin müxtəlif dərəcəli sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.