Bakıda parkda dava zamanı 1 nəfər bıçaqlanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Nərimanov rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

"Report"un xəbərinə görə, hadisə "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığındakı parkda baş verib.

1981-ci il təvəllüdlü Əhmədov Kamil Neymət oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, bıçaqlanıb. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Digər xəbərlər

Kürdə bir nəfər batıb 12 avqust, 2026 / 19:20