Bakıda orta yaşlı kişini maşın vurub

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişini maşın vurub.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Şərifzadə küçəsində 1978-ci il təvəllüdlü Abdullayev Elnur Şakir oğlu yolu keçərkən minik avtomobili onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39