Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakı. 21 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, keçmiş "Çapayev" kimi tanınan ərazidə yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Mirvələdov Müşfiq Bilal oğlunu "Toyota" markalı avtomobil vurub.

Nəticədə o, ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37