Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişini avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Cəfərquliyev Səbuhi Əvəz oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45