Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişini avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi metronun "Gənclik" stansiyasının yaxınlığında baş verib.

Nərimanov rayonu ərazisində yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Quliyev Ramid Hüseynalı oğlunu minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər