Bakıda orta yaşlı kişi özünü bıçaqlayıb

Bakı. 17 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda orta yaşlı kişi özünü bıçaqlayıb.

"Report"un xəbərinə görə, 1979-cu il təvəllüdlü Əhmədov Taleh Akif oğlu bıçaqla bədəninə zərbə vurub.

O, daha sonra qolunu kəsib. Yaralı özü 3 saylı Kliniki Tibbi Mərkəzə gedib. Həkimlər onu cərrahi əməliyyat ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34