Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Pərviz Məmmədov dostu ilə mübahisə edib. Mübahisə nəticəsində o, üz və bədən nahiyəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14