Bakıda orta yaşlı kişi dava zamanı kürəyindən bıçaqlanıb

Bakı. 28 fevral. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1987-ci il təvəllüdlü Musayev Valeh Dilman oğlu tanımadığı şəxslə mübahisə edib.

Bu zaman o, kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41