Bakıda orta yaşlı kişi ayağından bıçaqlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bir nəfərin bıçaq xəsarət alması ilə nəticələnən dava baş verib.

"Report"un məlumatına görə, hadisə  Hövsan qəsəbəsində, Dənizkənarı küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Fətullayev Müşviq Səməd oğlu naməlum şəxslə mübahisə edib. Əlbəyaxa dava zamanı M.Fətullayevin sol ayağına bıçaqla zərbə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45