Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 11 avqust. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə bir nəfər həlak olub. Daha üç nəfər - Abbasov Nəsimi Nəbi oğlu, Məmmədov Orxan Elçin oğlu və Gülməmmədov Namiq Umud oğlu yaralı vəziyyətdə üç saylı şəhər xəstəxanasına aparılıb.

Hazırda Sabunçu rayon polisi hadisənin dəqiq baş vermə səbəblərin araşdırır. 

Foto: Ruslan Məmmədov

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47