Bakıda oğru iş başında yaxalandı

Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, hadisə fevralın 17-də, paytaxtın Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsində qeydə alınıb.

Binə qəsəbə sakini, 1993-cü il təvəllüdlü Xanlar Kərimov evdən məişət əşyaları və elektrik avadanlıqları oğurlayan zaman Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb və 31-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45