Bakıda obyektdən oğurluq olub

Bakı. 8 may. REPORT.AZ/ Bakıda obyektdən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Nərimanov rayonu, Azadlıq prospektində qeydə alınıb.

Belə ki, həmin prospektdə 1966-cı il təvəllüdlü Qəhrəman Həbibova məxsus obyektdən qapının qıfılını sındırmaqla 6 000 manat dəyərində elektrik naqilləri və tikinti alətləri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər