Bakıda nənə və nəvə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Binəqədi rayonunda nənə və nəvə yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Abdullayeva Aygün Salman qızı və nəvəsi, 2004-cü il təvəllüdlü Ağayeva Nurcan Utarit qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47