Bakıda müştəri ilə mübahisə edən yanacaqdoldurma məntəqəsi işçisi döyülüb

Bakı. 5 iyul. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Mehdi Abbasov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi, 1971-ci il təvəllüdlü Həsənov Nadir Zair oğlu sürücü ilə mübahisə edib, nəticədə döyülərək xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47