Bakıda motosikletini maneəyə çırpan gəncin qolu sınıb

Bakının Xətai rayonunda 17 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report”un məlumatına görə, 2005-ci il təvəllüdlü Məmmədov Hüseyn Arif oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub. Fakt araşdırılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51