Bakıda motosikletin vurduğu piyadanın ayaqları sındı

Paytaxtın Yasamal rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, Naxçıvani küçəsində 1962-cı təvəllüdlü Tağıyev Ağasəlim Qafar oğlu yolu keçərkən onu motosiklet vurub.

Yaralı xəstəxanaya çatdırılıb və müayinə zamanı ona hər iki bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47