Bakıda motosiklet "Kamaz"la toqquşub, sürücü ağır yaralanıb

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, "Günəş Petrol" yanacaqdoldurma məntəqəsinin qarşısında motosikletlə "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində birincinin 1978-ci il təvəllüdlü sürücüsü Mahmudov Samir İbrahim oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması və üz skelet sümüklərinin sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14