Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Motosikletlə avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Kamran Əsgərli xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47