Bakıda moped maşınla toqquşub, 1 nəfər ağır xəsarət alıb - FOTO

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan "90-PE-796" dövlət qeydiyyat nişanlı "Renault" markalı avtomobil əsas yolla hərəkətdə olan zaman binalardan birinin həyətyanı sahəsindən çıxan və 1995-ci il təvəllüdlü Səmədov Alik Asif oğlunun idarə etdiyi moped ona çırpılıb.

Nəticədə A.Səmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi araşdırma aparır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47