Bakıda məşhur dönərxanada yanğın olub - VİDEO

Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda dönərxanada yanğın olub.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yerləşən "Döner House" adı ilə fəaliyyət göstərən iaşə obyekti yanıb. Yanğın FHN-in yanğın söndürmə xidmətinin əməkdaşları tərəfindən söndürülüb. Yanğına səbəb kimi elektrik naqillərinin birləşməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14