Bakı. 5 iyul. REPORT.AZ/ Bakıda mənzildən qadın meyiti tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü İsgəndərova Raziyə Xanmirzə qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.