Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda mənzildən qadın cəsədi aşkarlanıb.
"Report" FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Mənsurova Elmira Məhər qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.