Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda mənzildən 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
"Report" xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda baş verib.
Belə ki, Xoşqinabi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü R.Əliyevin mənzilinə açarseçmə yolu ilə daxil olan naməlum şəxs və ya şəxslər oradan 7 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.