Bakıda mənzildən 20 min manatlıq qızıl oğurlanıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.

“Report”un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yerləşən yeni tikilidə qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü F.Qarayevin evindən açıq qapıdan keçməklə 200 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19