Bakıda mənzildən 13 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda mənzildən 13 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi ev 92 A mənzil 1106-da qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü İvanova Rəna Rişe qızına məxsus olan mənzilə naməlum şəxs və ya şəxslər açar seçmə yolu ilə daxil olaraq oradan 13 000 manat dəyərində qızıl-zinət əşyalarını aparıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47