Bakıda mağazadan 7200 manatlıq ayaqqabı oğurlanıb

Bakı. 5 iyul. REPORT.AZ/ Bakıda mağazadan 7200 manatlıq mal oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, H.Seyidzadə küçəsi 25 ünvanında yerləşən mağazadan qapını sındırmaqla 7200 manat dəyərində ayaqqabı oğurlanıb.

Polis faktla bağlı araşdırma aparır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27