Bakıda liftin qapıları arasında sıxılan şəxs ölüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda bir nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılaraq ölüb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər liftin qapısını açaraq 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:51-də başa çatıb.

Digər xəbərlər