Bakıda 17 yaşlı gənc kütləvi dava zamanı bıçaqlanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bakıda kütləvi dava zamanı gənc oğlana 3 bıçaq zərbəsi vurulub.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.

Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığında 4 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı 17 yaşlı Bağırov Elgün Firudin oğlunun ayaq nahiyəsinə 3 bıçaq xəsarəti yetirilib. O, çoxlu qan itirdiyindən taksi vasitəsilə xəstəxanaya çatdırılıb və yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47