Bakıda kişi qadın tanışı tərəfindən bıçaqlanıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Qara Qarayev prospektində, şadlıq evlərindən birinin yaxınlığında 1985-ci il təvəllüdlü Orucov Ramin Əbülfəz oğlu qadın tanışı ilə mübahisə edib.

Nəticədə qadın R.Orucova bıçaq xəsarətləri yetirib. Yaralı təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47