Bakıda kişi keçmiş arvadını alimentə görə qətlə yetirib - TƏFƏRRÜAT

Bakı. 30 mart. REPORT.AZ/ Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

"Report"un xəbərinə görə, Cəlilov İsrail İsmayıl oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızı ilə hadisədən bir neçə ay əvvəl boşanıb. İ.Cəlilov aliment ödəmədiyi üçün A.Cəlilova keçmiş həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan əsəbləşən İ.Cəlilov keçmiş həyat yoldaşının yaşadığı ata evinə gələrək A.Cəlilovanın boğaz nahiyəsini bıçaqla kəsib. A.Cəlilova çoxlu qan itirərək dünyasını dəyişib. İ.Cəlilov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

İ.Cəlilovla A.Cəlilovanın birgə nikahından iki övladı var.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41