Bakıda keçmiş məhkum qadının pulqabısını oğurlayıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 265 manat, 300 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağammədova saxlanılıb.