Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Surət Məmmədov, Sevinc Hüseynova və Fərhad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə S.Məmmədov 6 il, S.Hüseynova isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. S.Hüseynova barəsində şərti cəza verilib.Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş F.Abdullayev isə 5 il həbs cəzası alıb və məhkəmə zalında həbs olunub.Qeyd edək ki, hadisə ötən ilin yayında Bakıda yerləşən kafelərin birində baş verib. S.Məmmədov, S.Hüseynov və A.Abdullayev kafeyə müştəri kimi gələn zərərçəkmişə qarşı soyğunçuluq edib və onun 350 manat pulunu əlindən alıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunublar.İstintaq dövründə S.Hüseynova və F.Abdullayevin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Bakıda kafedə müştəriyə qarşı soyğunçuluq edən şəxs məhkəmə zalında həbs edilib
Digər xəbərlər
Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb
21 noyabr, 2026 / 15:00
Şəkidə küçə iti 4 yaşlı uşağı dişləyib
21 noyabr, 2026 / 14:00
Bakıda kredit götürən şəxsin pulu oğurlanıb
21 noyabr, 2026 / 11:37
Sumqayıtda azyaşlı dəm qazından boğulub
21 noyabr, 2026 / 11:06
Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb
21 noyabr, 2026 / 10:55
Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb
21 noyabr, 2026 / 10:54
Sumqayıtda yol çöküb
21 noyabr, 2026 / 09:18
Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb
20 noyabr, 2026 / 19:13
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub
20 noyabr, 2026 / 15:56
Badamdardakı sürüşmə genişlənib, əhaliyə ərazini tərk etmələri tövsiyə olunub - Yenilənib-2
20 noyabr, 2026 / 14:50
Bu gecədən hava limanı istiqamətində yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
20 noyabr, 2026 / 13:00
Yevlaxda yük avtomobili 12 yaşlı velosipedçini vuraraq öldürüb
20 noyabr, 2026 / 09:02
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
20 noyabr, 2026 / 00:35
Lənkəranda zəncirvari avtomobil qəzasından sonra iki kənd işıqsız qalıb
19 noyabr, 2026 / 23:46
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
19 noyabr, 2026 / 21:19
FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır
19 noyabr, 2026 / 18:05