Bakıda kafedə kütləvi dava baş verib

Bakı. 25 iyul. REPORT.AZ/ Bakıda kafedə kütləvi dava düşüb. 

"Report"un verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Çobanzadə küçəsində yerləşən "Opera" kafesində 1993-cü il təvəllüdlü Kərimli Kamran Rafiq oğlu üç nəfərlə əlbəyaxa davaya çıxıb. 

Dava nəticəsində o döyülərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis orqanı tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12