Bakıda kafe işçiləri dava zamanı müştərini bıçaqlayıblar

Bakı. 15 mart. REPORT.AZ/ Bakının Nizami rayonunda kafedə dava zamanı orta yaşlı kişi bıçaqlanıb.

“Report” xəbər verir ki, 8-ci kilometr qəsəbəsində yerləşən kafedə müştəri qismində əyləşən 1986-ci il təvəllüdlü Həmidov Elçin Lütfəli oğlu müəssisə əməkdaşları ilə dava edib və nəticədə bıçaqla vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13